“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı Ucardakı filialının dam örtüyünü dəyişdirmək üçün tender həyata keçirib. Tribunainfo.az xəbər verir ki, dünən açıqlanan nəticələr təsdiqlənməyəb və müsabiqə ləğv edilib.
Belə ki, sözügedən BOTK Ucardakı filialının damını dəyişdirməyə 87.679 manat pul ayırıbmış. Lakin AİİBNX “bu işdə bir iş var” prinsipi ilə məsələni araşdırıb və belə qənaətə gəlib ki, BOTK nəzərdə tutulandan daha çox pul ayıraraq, rəqəmləri şişirdib. Bundan əlavə, “Aqrarkredit”in iş icraçısı ilə gizli sövdələşməyə gedə biləcəyini güman edib.