Aqrar Xidmətlər Agentyliyi 128 min manatlıq kreslo alacaq

Aqrar Xidmətlər Agentyliyi 128 min manatlıq kreslo alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yeni tender elanı verib. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu Agentlik və onun tabeliyində olan mərkəzlər üçün rəhbər, işçi və qonaq kreslolarının satınalınmasını reallaşdırmağı planlaşdırır.

Elan edilmiş tenderə əsasən Agentlik rəhbər işçilər üçün 45 ədəd kreslo almağı qərarlaşdırıb. İşçi kreslolarının sayı isə 292 ədəd nəzərədə tutulub. Qonaqlara gəldikdə isə bu rəqəm 30 ədədlə kifayətlənəcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi toplam 367 ədəd kreslonu almaq üçün 128 min 948 manat pul ayırıb.

Fərda Uğur