Aqrar Xidmətlər Agentliyinin tenderi ləğv edildi – SƏBƏB

Aqrar Xidmətlər Agentliyinin tenderi ləğv edildi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi üçün sink fosfidin alınması ilə əlaqədar elan etdiyi tender ləğv edilib.

Pravda.az-ın xəbərinə görə, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Tenderin toplam dəyəri 468 800 AZN-dir.