Aqrar Sığorta Fondu “Auto Azərbaycan”la 151 minə anlaşdı: Maşın alır

Aqrar Sığorta Fondu “Auto Azərbaycan”la 151 minə anlaşdı: Maşın alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aqrar Sığorta Fondu növbəti tenderinə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, fond özünə nəqliyyat vasitələri alacaq.

Belə ki, ASF bununla əlaqədar “AUTO AZƏRBAYCAN” MMC ilə müqavilə bağlayıb. Şirkət 4 ədəd avtomobilin müqabilində dövlət qurumundan 151 min 200 manat ödəniş alacaq.

Məlumat üçün bildirək ki, “Auto Azərbaycan” MMC 09 iyul 1996-cı ildə dövət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar olar MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur.

Onu da qeyd edək ki, “Auto Azərbaycan” MMC Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir. “NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlər daxil olub. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.

Qeyd edək ki, Türkiyə mətbuatında “NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.

Fərda Uğur