Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt təşkilatın adından bəyanat verə və səfərlərdə iştirak edə bilməz.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt təşkilatın adından bəyanat verə və səfərlərdə iştirak edə bilməz.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Assambleyanın vitse-prezidenti, AŞPA-da Britaniya nümayəndə heyətinin rəhbəri Rocer Geyl Assambleyanın nizamnamə orqanı – Büronun iclasından sonra bildirib.
“Gördüyünüz kimi, Aqramunt bu gün Büroya rəhbərlik etməyib, onun yoxluğunda bunu mən öz üzərimə götürdüm”, – deyə o bildirib.
R.Geyl həmçinin bildirib ki, Büronun AŞPA prezidentinə etibarı qalmayıb. “O, təşkilatın adından bəyanat verə və səfərlərdə iştirak edə bilməz”, – Britaniya nümayəndə heyətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, Avropa Şurası və AŞPA-nın prinsipləri və düzgünlüyü təşkilatın ayrı-ayrı üzvlərindən daha vacibdir.