Aqil Abbasdan sərt təpki: “Füzulidə sülənən o qrup…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Füzuli rayonunun Alxanlı kənd sakinlərinə qarşı ermənilərin təxribatından sonra kəndlə əlaqə saxladım. 

Dünən Füzuli rayonunun Alxanlı kənd sakinlərinə qarşı ermənilərin təxribatından sonra kəndlə əlaqə saxladım.

 Ermənilərin vəhşiliyi nəticəsində Quliyevlər ailəsi zərər çəkib, nənə və nəvə həlak olub. Başqa dağıntı yoxdur, vəziyyət stabildir, hadisədən dərhal sonra ordumuz Ermənistan ordusunun cavabını verib. Sabah özüm Füzuliyə gedəcəyəm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputat seçilən Aqil Abbas Ermənistan Silahlı Qüvvələrinin dünən saat 20 radələrində Füzuli rayonunun Alxanlı kəndinə hücumu barədə danışarkən söyləyib.

Aqil Abbas beynəlxalq ictimaiyyətə bel bağlamadığını bildirib: “Beynəlxalq təşkilatlar adında bir şey yoxdur, hamısı Amerika, Hindistan nağıllarıdır. Monitorinq qrupu Füzulidən dünən gedib. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini gəzdilər ki, atəş olmasın. Burada gəlib sülənən monitorinq qrupunun rəhbərləri axı ötən gün qayıdıblar. Amma ermənilər kəndə, evin içinə atəş açıblar. Hansı ATƏT-dən söhbət gedir? Mən beynəlxalq aləm adında bir şey görməmişəm. Minsk qrupu başımızın altına yastıq qoymaqdan başqa bir iş görmür. BMT-nin 4 qətnaməsi hələ də icra olunmur. Onlardan nə gözləyəsiyik?”