“Televiziyalarda bu gün arvadların boğuşması və həkimlərin reklamı daha çox yayımlanır”. Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
O deyib ki, buna əncam çəkmək lazımdır:
“Düzdür, bu, televiziyalara zərər vuracaq, çünki onlar bu gün iki məsələdən daha çox qazanırlar. Amma “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir ki, bu məsələ həll edilsin”.
Milli Məclisin spikeri Sahibə Qafarova onun fikirlərinə isə irad tutub və bildirib ki, “arvad boğuşması” parlament ifadəsi deyil.