“Mən ilk oyundan sonra qəzetdə də yazmışdım. “Qarabağ”ın ikinci oyunda qalib gələcəyini demişdim.
“Mən ilk oyundan sonra qəzetdə də yazmışdım. “Qarabağ”ın ikinci oyunda qalib gələcəyini demişdim.
Mən bütün uşaqlara və Qurban Qurbanova inanırdım. Onlar hamısı mənim balalarım, əzizlərimdi. Onlar gedib Moldovada sübut etdilər ki, “Qarabağ” “Qarabağ”dır. Azərbaycanda bu gün iki komandanın səviyyəsi yüksəkdir: “Qarabağ” və “Qəbələ”. Əvvəllər isə güclü komandalar çox idi. Məsələn, “İnter”, “Xəzər Lənkəran”, “Simurq”” – bu sözləri millət vəkili, əməkdar jurnalist Aqil Abbas Publika.az-a “Qarabağ”ın qələbəsini şərh edərkən deyib.
O, Ağdam təmsilçisinin pley-off mərhələsini keçəcəyinə də əmin olduğunu bildirib:
“Futbolun inkişafı üçün Azərbaycanda hər bir şərait yaradılıb. Lakin təəssüf ki, bu şəraitdən istifadə olunmur. Bu da bizim futbolumuza ziyan vurur. Pley-offda da qalib gələcəyik və Çempionlar Liqasına düşəcəyik. Mən bir həftə qabaq belə bir məqalə yazmışdım: “Futbolun namərdliyi”. Məsələ budur ki, bu futboldu və hər bir komada uduza bilər. Braziliya öz evində Almaniyaya 7:1 uduzdu. Yəni komanda uduzanda onu topa tutmaq yox, əksinə dəstək vermək lazımdır ki, növbəti oyunlarda yaxşı nəticə göstərsin. Mən “Barselona” azarkeşiyəm, amma ötən mövsüm komandam ÇL-dən kənarda qaldı. Türkiyə futbolu vaxtilə dünyaya meydan oxuyurdu, amma bu gün çox zəifdirlər. O cümlədən “Qəbələ”yə də inanıram. Onlar da Avroliqada qruplara düşəcək. Hər iki komandaya uğurlar arzulayıram”.