AQC sığorta bazarının daha bir lideri ilə – ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALADI

AQC sığorta bazarının daha bir lideri ilə – ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AQC üzvləri “Atəşgah” Sığorta Şirkətinin güzəştli xidmətindən istifadə hüququ qazanıb

Tribunainfo.az xəbər verir ki, Azərbaycanda Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə ölkənin sığorta bazarının aparıcı şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti arasında peşə məsuliyyətinin sığortalanması üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandum qiymətləndirmə sektoru ilə sığorta sektoru arasında qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymaq məqsədi daşıyır. Sənədə əsasən, AQC-ə üzv olan şirkətlər tərəfindən müraciət edildiyi zaman hər iki tərəfin maraqlarına və qanunvericiliyə uyğun olduğu təqdirdə peşə məsuliyyəti sığortası üzrə sığorta müqaviləsi bağlanılacaq. Müqavilə şərtlərində AQC üzvləri üçün xüsusi güzəştlər nəzərdə tutulur.

Qeyd edək ki, AQC öz fəaliyyətində dövlət qurumları və özəl təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. AQC ölkədə fəaliyyət göstərən qiymətləndiricilərin yeganə könüllü ictimai birliyidir. Cəmiyyət Azərbaycan Mərkəzi Bankı, Baş Prokurorluq, Milli Məclis, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi, İqtisad Universiteti və digər yerli dövlət qurumları, təhsil müəssisələri ilə sıx əməkdaşlıq formasında fəaliyyət göstərir. Cəmiyyətin sədri Vüqar Oruc bir çox dövlət qurumlarında, eləcə də Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti  yanında Sahibkarlarla Əməkdaşlıq Şurasında təmsil olunur və hazırda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidentidir.