backend

Apteklərin fəaliyyəti yeni qaydalarla tənzimlənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən əczaçılıq müəssisələrinin yaradılmasını və fəaliyyətini tənzimləyəcək yeni tələblər hazırlanıb. 

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən əczaçılıq müəssisələrinin yaradılmasını və fəaliyyətini tənzimləyəcək yeni tələblər hazırlanıb.

Bunu Nazirliyin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov deyib.

M.Süleymanov bildirib ki, Azərbaycanda əczaçılıq fəaliyyəti “Dərman vasitələri haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunları və Səhiyyə Nazirliyinin “Əczaçılıq fəaliyyəti sahəsində normativ sənədlərin təsdiq edilməsi barədə” 2 oktyabr 2006-cı il tarixli, 153 nömrəli əmri ilə tənzimlənir.

Mövcud qaydaların qəbul olunmasından 10 ilə yaxın müddət keçdiyini deyən mərkəz direktoru qeyd edib ki, ötən müddətdə Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əczaçılıq Federasiyasının dərman vasitələrinin istehsalı, saxlanması, daşınması, satışı zamanı dərman vasitəsinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi üzərində nəzarət sahəsini tənzimləyən standartlarında yeniliklər baş verib. Bunları nəzərə alaraq əczaçılıq fəaliyyəti sahəsində mövcud normativ sənədlərin təkmilləşdirilməsi zərurəti yaranıb.

M.Süleymanov əlavə edib ki, Nazirlər Kabinetinin bu il iyulun 10-da keçirilən iclasında Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf sahəsində tapşırıqlarının icrasına dair hazırlanan “Tədbirlər Planı”na uyğun olraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən də “Tədbirlər Planı” tərtib edilib. “Tədbirlər Planı”na uyğun olaraq, əczaçılıq müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləyəcək yeni tələblər hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əczaçılıq Federasiyasının müvafiq tövsiyələri əsasında hazırlanan “Etibarlı İstehsalat Təcrübəsi” (GMP), “Etibarlı Aptek təcrübəsi” (GPP), “Etibarlı distributor təcrübəsi” (GDP) və “Etibarlı saxlama təcrübəsi” (GSP) adlı yeni tələblər razılaşdırılmaq üçün yaxın vaxtlarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndəriləcək. 

(trend)