Media İnkişaf Mərkəzi İctimai Birliyi (MİM İB) yeni layihənin icrasına başlayıb. Media İnkişaf Mərkəzi İctimai Birliyi (MİM İB) yeni layihənin icrasına başlayıb.
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə “Aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliği ilə bağlı tədbirlərin təşkili” adlanır.
TİA.AZ Yenicag.az-a istinadən xəbər verir ki, layihənin məqsədi 2016-cı il aprel döyüşlərində iştirak etmiş, şəhid olmuş və ya yaralanmış, habelə sağ qalmış şəxslərin şücaətindən, ümumiyyətlə, şəhidlik hadisəsinin mahiyyətindən bəhs edən 30 dəqiqəlik “Aprel qəhrəmanları: bir andan əbədiyyətə qədər” adlı sənədli film hazırlamaqdır.
MİM İB hesab edir ki, Aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqların geniş şəkildə təbliğ olunması və gənc nəslə çatdırılması həm cəsur hərbçilərimizin hərəkətlərini nümunə göstərmək, həm də insanlarımızı qarşıdakı şərəfli qələbəyə hazırlamaq üçün vacib addımdır.