“Dağlıq Qarabağda böyük müharibə olmasa da, “aprel döyüşləri”nin təkrarlanma reallığı var”. “Dağlıq Qarabağda böyük müharibə olmasa da, “aprel döyüşləri”nin təkrarlanma reallığı var”.
TİA.AZ xəbər verir ki, bu barədə rusiyalı siyasi şərhçi Vadim Dubnov deyib.
Onun sözlərinə görə, Bakı Aleksandr Lapşinin ekstradisiyasına nail olmaqla uğurlu siyasət yürütdü: “Azərbaycan bununla hamıya göstərir ki, Dağlıq Qarabağ onun ərazisidir”.
V.Dubnov qeyd edib ki, “aprel müharibəsi” Dağlıq Qarabağ münaqişəsinə ümumi yanaşmanı dəyişdi: “Bu baxımdan, yeni müharibə dalana dirənmiş danışıqları yenidən canlandıra bilər”.