backend

“APREL AYININ 2-NƏ KİMİ VƏZİYYƏT GƏRGİNLƏŞƏCƏK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanda baş verənlər erməni seçiciləri, vətəndaşları, ümumiyyətlə cəmiyyətdə dərin böhran və qütbləşmədən xəbər verir. 

Bu gün Ermənistanda baş verənlər erməni seçiciləri, vətəndaşları, ümumiyyətlə cəmiyyətdə dərin böhran və qütbləşmədən xəbər verir.

Politoloq Arzu Nağıyev TİA.AZ-a bildirdi ki, aprel ayının 2-ə kimi vəziyyət gərginləşməyə doğru gedəcək:

Ermənistanda keçiriləcək seçki platformasında əsas məqam kimi qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi götürülübsə, bu məsələnin həlli mümkün deyil. Ermənistanda keçirilən referendumda əsas məqsəd qondarma Arsax Respublikası yaratmaq və onun ətrafında müəyyən sərhəd kommunikasiyalarının quraşdırılmasından ibarətdir.

Serj Sarkisyan və onun tərəfədarlarının Azərbaycanın ərazi bütövlüyünü tanımaq fikri yoxdur. Belə bir şəraitdə heç bir danışıqdan söhbət gedə bilməz. Biz öz sözümüzü dəfələrlə demişik. Azərbaycan beynəlxalq tribunlarda öz münasibətini birmənalı olaraq bildirib. BMT-nin işğalçıların zəbt olunan ərazilərdən çıxarılması ilə bağlı qətnaməsi yerinə yetirilmir. Madrid prinsipləri, Sankt Peterburq görüşləri və s. bütün məsələlərdə bu problem öz əksini tapıb. Madrid prinsiplərinə uyğun olaraq, işğalçıların ərazidən çıxarılması,sonradan status məsələsinə qayıdılması, hətta belə bir vəziyyətdə sülhməramlı qüvvələrin Dağlıq Qarabağ ərazisində olması belə müzakirə obyekti ola bilər”.

Ekspert hesab edir ki, Ermənistanın öz daxilində də, seçkilərlə bağlı siyasi məsələlərdə də qütbləşmə meydana gəlib. Artıq qərb ilə rusiyapərəst qüvvələr arasında qütbləşmə yaranıb: “Belə bir vəziyyətdə Sarkisyan və digər rəhbərlər açıq şəkildə öz fikirlərini ortaya qoya bilməzlər. Dünya ictimaiyyəti BMT və digər qurumlar səviyyəsində Ermənistana mühüm təzyiq göstərməlidirlər. Elə bir təzyiq göstərilməlidir ki, Ermənistan problemini özü həll etsin. Bu, yalnız bəyanatla nəticələnməməli, təzyiqlər də olmalıdır”.

Nilufər