backend

Apreklər dərman satmaqdan imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dolların məzənnəsinin 10 gün ərzində yüksək həddə çatması və yenidən ucuzlaşması apteklərdə dərmanların tapılmasına təsir edib” 

“Dolların məzənnəsinin 10 gün ərzində yüksək həddə çatması və yenidən ucuzlaşması apteklərdə dərmanların tapılmasına təsir edib”

TİA.AZ xəbər verirki, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib. O bildirib ki, vəziyyət bəzi apteklərin gözləmə mövqeyinə keçməsinə səbəb olub.

“Nəticədə apteklər dərmanları satmaqdan imtina edirlər. Spekulyasiya edirlər və dərmanları satmırlar. Bir aptekdə dərman olur, amma digərlərində olmur. Nəticədə dərman istəyəndə hansında dərmanın həqiqətən olub-olmaması müəyyənləşmir, hər ikisinə eyni həcmdə dərman verilir. Lakin dərman satmayan apteklər cəzalandırılmalıdır”.

İ.Məcidov əlavə edib ki, Azərbaycanda dərman idxalı ilə bağlı heç bir problem yoxdur.