İstanbul Ortaköydəki “Reina” klubunda qətliam törədən terrorçu Əbdülkadir Maşaripov 17 gündən sonra Esenyurtda İŞİD-çinin evində tutulub.
İstanbul Ortaköydəki “Reina” klubunda qətliam törədən terrorçu Əbdülkadir Maşaripov 17 gündən sonra Esenyurtda İŞİD-çinin evində tutulub.
O, şəhər polisinin baş idarəsinə təhvil verilib. Yatağın altına girən terrorçu qarşıdurma olmadan canlı olaraq ələ keçirilib.
“Haberler”ə bildirir ki, onun tutulması xəbərini canlı yayımda oxuyan “Habertürk” kanalının aparıcısı Didem Arslan xəbərə şərh verib. O, görüntülərin efirə getdiyi zaman: “Yaxşıca döyüblər. Əlləri dərd görməsin, çox yaxşı ediblər”, – deyib.