ATV telekanalının 171 saylı orta məktəbin direktorunun ölümünə səbəb olmaqda günahlandırılan “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov məsələ ilə bağlı İstiPress-ə açıqlama verib.
ATV telekanalının 171 saylı orta məktəbin direktorunun ölümünə səbəb olmaqda günahlandırılan “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov məsələ ilə bağlı İstiPress-ə açıqlama verib.
Verilişin aparıcısı açıqlamasında direktorun ölümündə özünü günahkar bilmədiyini deyib: “Onun ölümünün mənə nə aiddiyyəti? Məni belə məsələlərə görə niyə narahat edirsiniz? Heç nədən xəbərim yoxdur. Mən başqa işdəyəm. Mənim adım bu işdə niyə hallanır? Bu saytlar bizdən nə istəyir? Biz nə etmişik axı? Olmaz axı belə? Mənasız işlər üçün saytlar niyə qaşınır? Yorulmadılar? İnformasiya yoxdur? Mən gündə yüzlərlə yerə gedirəm. Çox yerdə çəkilişlər etmişik. Kimə nə olsa, belə çıxır mən günahkar olacağam?”.
Qeyd edək ki, məhrum direktorun oğlu Turqay Qardaşov da İstiPress-ə açıqlamasında atasının vəfatında ATV telekanalında yayımlanan “Yoxlama” verilişinin səbəb olduğunu bildirib. Verilişin aparıcı Azər İsmayılov direktorun ölümündə ittiham olunur.