Ağdamda Apa TV-nin əməkdaşlarına qarşı zorakılıq halı qeydə alınıb.
Ağdamda Apa TV-nin əməkdaşlarına qarşı zorakılıq halı qeydə alınıb.
Qidadan zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən xəstənin qohumları Apa TV-nin çəkiliş qrupuna qarşı zorakılıq edərək televiziyaya məxsus kameranı sındırıblar. Nəticədə çəkiliş avadanlığına zərər dəyib və o, yararsız hala düşüb.
APA-nın məlumatına görə, xəstəxanaya zəhərlənmə diaqnozu ilə müraciət daxil olduğu haqda məlumat əldə edilib. Öz peşə borclarını yerinə yetirmək üçün Apa TV və Lider TV-nin əməkdaşları Ağdam Mərkəzi Rayon Xəstəxanasına yollanıblar. Səhiyyə müəssisəsində isə xəstənin qohumları çəkiliş aparan teleoperatorlara hücum çəkiblər. Nəticədə Apa TV-yə məxsus “Panasonic-HD 3MOS” markalı videokameranın obyektivi xəstənin yaxınları tərəfindən sındırılıb.
Fəaliyyətlərinə maneçilik törədilən jurnalistlər bu barədə Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.