MİDA Hövsan qəsəbəsində yeni yaşayış kompleksi inşa etməyə hazırlaşır. Tribunainfo.az xəbər verir ki, bununla əlaqədar qurum tender elan edib.
Rəsmi qaynaqlarda qeyd edilir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 5,83 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması məqsədi ilə əlaqədar işlərə start veriləcək. MİDA təkcə layihələndirməyə 731.068,32 manat xərcləmək fikrindəydi.
Lakin dünən elan edilən tender bu gün ləğv edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qiymətləndirməni məqbul hesab etməyib. Qəbul edilən qərara əsasən MİDA-dan qiymətləri şişirtdiyinə görə, irad tutub.