Anti-İnhisar Xidməti TƏBİB-i yenidən vurdu: 4 tender birdən ləğv olundubackend

Anti-İnhisar Xidməti TƏBİB-i yenidən vurdu: 4 tender birdən ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti (AİİBNX) dünən TƏBİB-in elan etdiyi tenderlərdən daha 4-nü ləğv etmək barədə qərar çıxarıb. Tribunainfo.az xəbər verir ki, buna səbəb həmin tederlərdə iştirak edən şirkətlərin sayı 3-dən az olmaqla yanaşı, həm də fəaliyyət lisenziyasına malik olmamalarıdır.
Qeyd edək ki, həmin tenderlərdən biri Quba xəstəxanası tərəfindən elan olunmuşdu. 54.019,38 manatlıq maşın və avadanlıqlar almaq istəməsi xəstəxananın istəyi baş tutmayıb.
Ləğv olunan tenderlərdən ikisi isə Ağdaş Mərkəzi Xəstəxanası ilə bağlı olub. Belə ki, 6.761,40 manatlıq printer və proyektor, habelə 50.642,71 manatlıq təsərrüfat və digər malların satınalınması üçün tender elan edən xəstəxananın rəhbərliyini də istəyi reallaşmayıb.
Tribunainfo.az xəbər verir ki, analoji hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasında da baş verib. Z.Məmmədov adına xəstəxanada cari təmir işlərinin aparılmasını ehtiva edən prosesin ləğvi səbəbi isə qiymətləndirmənin şişirdilməsi ilə əlaqələndirilib. Lakin rəsmi qaynaqlarda sözügedən tibb ocağının hansı məbləğdə pul xərcləmək fikrində olması barədə heç bir məlumat verilməyib.
Xatırladaq ki, son bir ayda TƏBİB-in ləğv olunan tenderlərinin sayı 40-ı keçib. Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti (AİİBNX) ləğv etdiyi tenderlərlə bağlı bütün açıqlamalarında TƏBİB-in qanunları kobud şəkildə pozduğunu qeyd edərək, xəbərdarlıqlar edib. Lakin sözügedən səhiyyə qurumu hər dəfə eyni səhvlərə yol verməkdə davam edir.