Anti-İnhisar Xidməti Gömrük Komitəsindən şikayət etdibackend

Anti-İnhisar Xidməti Gömrük Komitəsindən şikayət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən periferik stent ve balonların satın alınmasına dair tenderi növbəti dəfə ləğv olunub. Tribunainfo.az xəbər verir ki, bu barədə satınalmalara dair rəsmi saytda məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, 115.956,67 manat dəyərində satınalma müqaviləsi qanuna uyğun olmayıb. Belə ki, açıq mənbələrdə yayılan xəbərlərə görə, DGK tender üçün təqdim etdiyi sənədlərdə uyğunsuzluq olmaqla yanaşı, həm də qiymətlərdə şişirtməyə gedib. Bu isə gizli sövdələşmə ehtimalını artırıb. Həmin xəbərlərə görə, AİİBNX bununla bağlı protokol tərtib edib və məsələnin araşdırılmasını müvafiq orqanlardan xahiş edib.
Xatırladaq ki, DGK-nın Tibbi Hospitalının eyni məsələ üzrə tenderi 3-cü dəfə ləğv edilib. Bunun qanun pozuntusu olması səbəbindən araşdırılması ehtimalı yüksək qiymətləndirilir.