backend

Antarktida yaşıllaşır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buzlaqlar materiki Antarktida nəhayət ki, bəzi hissələrində buzunu əridir. 

Buzlaqlar materiki Antarktida nəhayət ki, bəzi hissələrində buzunu əridir.

TİA.AZ xəbər verir ki, bu ilin mart ayının 5-də NASA-nın Landsat 8 süni peyki vasitəsilə çəkilmiş fotoşəkillərdən görünür ki, materikin Ross dənizi yaxınlığındakı qranit təbəqələrdə buz layları yaşıl rəngə boyanıb. Avstraliyalı qlasioloq (buz təbəqələrini tədqiq edən alim) Yan Lizer bu yaşıl rəngi sualtı mikrobitkilərin üst qatının yuxarı qalxması ilə əlaqələndirib.

Antarktida sularında bu mikrobitkilər adətən yaz və yayda bitir – bu vaxt buz laylarının qalınlığı incəlir və suya daha bol miqdarda günəş şüaları düşür. Amma hazırda Antarktidada payızdır. Mütəxəssislər bildirirlər ki, hava şəraiti əlverişli olarsa, bu mövsümdə də sualtı bitkilər cücərə bilər.

Materikdə mövsümə xas olmayan belə hallar ilk olaraq 2012-ci ildə şərq tərəfdə yerləşən “Şahzadə Astrid” dənizi sahillərində müşahidə olunmuşdu. 2015 və 2017-ci illərdə isə qranit təbəqələrindən cənuba doğru yerləşən Terra-Nova körfəzində payız yaşıllaşmasına rast gəlinmişdi.

İstənilən halda buzlaqlar materikində belə yaşıllaşma qlobal istiləşmənin nəticəsi hesab edilir. Antarktidanın builki yayında buz layları əvvəlki illərə nisbətən daha da nazikləşmişdi. Güman ki, bu da bitki zolağının payıza qədər cücərməsinə şərait yaradıb.