ANS-çilər arasında QALMAQAL -“Danabaşın yekəsi özüdür …”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ANS TV-nin iki keçmiş əməkdaşı Aynur Talıbova və Ləman Ələşrəfqızı sosial şəbəkədə bir-birinin ünvanına təhqiramiz sözlər yazıb.  ANS TV-nin iki keçmiş əməkdaşı Aynur Talıbova və Ləman Ələşrəfqızı sosial şəbəkədə bir-birinin ünvanına təhqiramiz sözlər yazıb.

BiG.AZ xəbər verir ki, məlumatına görə, A.Talıbova L.Ələşrəfqızını bədbəxt adlandırıb:

“O adamla 4 il əvvəl dəhlizdə, “newsroom”da işləmişəm və heç salamlaşmamışam. Görüntü etibarı ilə hər yerindən bədbəxtlik yağır. O, heç cürə düzəldə bilmədiyi qüsurlu nitqi də imkan verməyib ki, bu özəllikdə olan insanları qəbul edim. Hər şeyin həddi var. Amma həyasızlığın və axmaqlığın yoxdur. Dediyim odur ki, nəzərdə tutduğunuz beyin sahibləri olduqları vizyon dəyərlərindən yola çıxırlar. Fərqində olan isə ümumiyyətlə əlinə qələm almır”.

L.Ələşrəfqızı da status yazaraq A.Talıbovanı tənqid edib:

“ANS-də işləyəndə biri vardı. İçirdi, sərxoş olurdu… Qovurdular qayıdırdı, qayıdırdı, bir də qovurdular… İndi gedib oturub Amerikada, ağzını qoyub Allah yoluna. Azərbaycanı “Danabaş” adlandırır. Baxmayaraq ki, danabaşın yekəsi özüdür. Mənim müzakirəmi açıb, amma bir cümləsi ilə özünü möhkəm yandırıb və sübut edib ki, insanın içi paxıllıqla, çirklə-irinlə doludur.

Azərbaycanda Ləman qələmi formalaşıb-deyir, məni mətbuatın “yengə”si adlandırır. Zavallı qız, sən içib alkaşlıq edəndə mən də qələmimi formalaşdırmışam da. Neynəyəydim? Səninlə rumka-rumkaya vurardım?

Onun yazdıqlarını bəyənənlər dostluğumdan özləri çıxsın. Sifətsizlərin dostluğumda yeri yoxdur”.