“Andromed 2” klinikasında aparılan yoxlamalar zamanı müəyyən nöqsanlar aşkarlanıb. Məlum olub ki, klinika ona icazə verilən xidmətlərdən əlavə tibbi xidmətlər də göstərirmiş.
Tribunainfo.az xəbər verir ki, tibb mərkəzi İnzibati Xətalar Məcəlləsinin sanitariya-epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
“Andromed 2” klinikası ilə bağlı iş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 16 oktyabr tarixində hakim Anar Rzayevin sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, “Andromed 2” klinikasının direktoru Cəfərquliyeva Mehriban Tofiq qızıdır. Klinikanın rəhbəri isə həkim Mirzəli Cəfərquliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar