“Hizbullah”ın lideri Seyid Həsən Nəsrullah Livan və region üçün önəmli fiqur idi. Onu əvəz etmək çətin olacaq”.
Tribunainfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda “TRT Haber”ə açıqlamasında deyib.
“ABŞ və digər Qərb ölkələrinin laqeydliyi zorakılığın davam etməsinə imkan verir”, – nazir bildirib.
Qeyd edək ki, İsrailin Beyruta zərbələri nəticəsində həlak olan “Hizbullah” lideri Həsən Nəsrullahı qohumu, Cihad Şurasının rəhbəri və təşkilatın ikinci şəxsi Seyid Haşim Səfiəddinin əvəz edəcəyi gözlənilir.