“NATO hazırda cənubi-şərq cinahında öz öhdəliklərini yerinə yetirmir”. “NATO hazırda cənubi-şərq cinahında öz öhdəliklərini yerinə yetirmir”.
TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Fikri İşık Münxen Təhlükəsizlik Konfransında deyib.
“NATO indiyə qədər cənubi-şərq cinahında öhdəlikləri yerinə yetirmədi. Biz ümid edirik ki, yaxın vaxtlarda vəziyyət dəyişəcək. Yalnız şərq deyil (Rusiya istiqamətində -red.), həm də cənubi-şərq istiqamətində öhdəliklər yerinə yetirilməlidir”, – deyə türkiyəli nazir bildirib.
Fikri İşık həmçinin qeyd edib ki, ittifaq müdafiə qabiliyyətini və potensialını itirməməlidir.