Türkiyənin paytaxtı Ankara şəhərində TUSAŞ şirkətinin obyektinə hücum edən terrorçuların zərərsizləşdirilməsi əməliyyatı davam edir.l
Tribunainfo.az yerli mətbuata istinadən xəbər verir ki, hücumda iştirak edən 3 terrorçudan ikisi zərərsizləşdirilib.
Digər terrorçunun zərərsizləşdirilməsi üçün polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.
Hadisə baş verən obyektin içərisində girovların olduğu bildirilir. Ölü və yaralıların olduğu barədə xəbərlər var.