Ankara-Moskva əlaqələrində Ukrayna çatı – Gizlinlər açılır…

Ankara-Moskva əlaqələrində Ukrayna çatı – Gizlinlər açılır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyyət” qəzetinə verdiyi müsahibədə Türkiyənin Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığını sərt tənqid edib. Lavrov bildirib ki, Ankaranın Ukrayna ilə əməkdaşlığı Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşılmazlıq yaradır: “Türkiyə silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərinin və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilməsi dərin narahatlıq doğurur”.


Tribunainfo.az-a Moskva – Ankara münasibətlərini şərh edən siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiya Türkiyədən öz xeyrinə mövqe tələb edir, lakin bu olmayacaq. Ekspert hesab edir ki, Rusiya Türkiyədən bir dəfə də “Azov” komandirlərinin Kiyevə təhvil verilməsinə görə narazılıq etmişdi. Analitikin fikrincə, Rusiya yenə də Türkiyəyə qarşı haqsızlığa yol verib və Lavrovun açıqlaması münasibətlərdəki soyuqluğu ifadə edir: “Bu iki ölkə arasında əlaqələr tarix boyu epizodik xarakter daşıyıb. Heç zaman daimi maraqlar üst-üstə düşməyib. Hər iki tərəf Suriya, Liviya, Qarabağ məsələlərində konsensus əldə etməyə çalışıblar, bir sıra mövzularda fikir ayrılıqları da var, amma Ukrayna münaqişəsinə Türkiyənin baxışı aydındır. Cənab Ərdoğan Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünün bərpasının tərəfdarıdır. Ona görə də Türkiyə silahları işğalçıya deyil, işğala məruz qalan dövlətə satılıb. Rus silahı isə dünyada şər maşını üçün istifadə olunur”.

Roman