Xəbər verildiyi kimi, dünən Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan XİN başçılarının görüşü keçirilib. Tribunainfo.az xəbər verir ki, birgə əməkdaşlıq, iqtisadi məsələlərin müzakirəsini ehtiva edən görüş, bəzi ölkələrdə narazılıq yaradıb.
Belə ki, İran mediası Bakı, Ankara və Daşkəndin bir araya gəlməsini Turan Birliyinin yaradılması istiqamətində addımların atılması kimi qiymətləndirib.