“Ankara Azərbaycana səfir göndərəndə bir az diqqətli olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Ünal Çeviközün Türkiyənin “Hürriyət” qəzetindəki “Türkiye il Ermenistan ilişkiler ne zaman normalleşir?” yazısına belə bir şərh verib: 

TİA.AZ xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Ünal Çeviközün Türkiyənin “Hürriyət” qəzetindəki “Türkiye il Ermenistan ilişkiler ne zaman normalleşir?” yazısına belə bir şərh verib:


 “ Bu yazı mənim üçün təəcüblü deyil. Birincisi, Ünal Çeviköz “ermənilərlə münasibətləri normallaşdırmaq lazımdır” fikri ilə yatıb qalxır. Ünal Çeviközün bu mövzuda artıq neçənci yazısını oxuyuram. İkincisi, Ünal Çeviköz Türkiyənin Azərbaycandakı səfiri işləyəndə də onu yaxından tanımaq imkanım olmuşdu. Diplomat olaraq iki ölkə arasındakı münasibətlərin inkişafı üçün çalışmırdı, vaxtını öldürüb maaşını alırdı. Hər dəfə ona Dağlıq Qarabağla bağlı sual verəndə soyuq mimikası ilə çeynənmiş cümlələrini təkrarlayırdı.

O zaman Çeviköz bizimlə oyun oynayırdı, indi isə əsl simasını ortaya qoyur. Türkiyənin ifrat liberal – marjinal çevrələrinə də məhz belə diplomat lazımdır ki, ona “Hürriyət” qəzetində köşə ayırsınlar, NTV televiziya kanalının qapılarını ona açsınlar. Ən maraqlısı odur ki, Ermənistan mövzusu bu gün Türkiyə üçün heç aktual deyil, heç bir Qərbə dövləti “Ermənistanla qapıları aç” kimi Ankara qarşısında tələb qoymur. Bir gün Ünla Çeviköz Ermənistan üzərində Xankəndinə gəlib erməni separatçıları ilə görüşsək gərək təəccüblənməyək. Ankara da Azərbaycana səfir göndərəndə bir az diqqətli olsun. Türkiyəyə Azərbaycanda çay içib vaxt öldürən və maaşlarının vaxtını gözləyən deyil qarışqa kimi çalışan diplomatlar lazımdır.”

NÜŞABƏ