ANJEY KASPŞİK LAÇIN DƏHLİZİNƏ SƏFƏR EDƏCƏK

ANJEY KASPŞİK LAÇIN DƏHLİZİNƏ SƏFƏR EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı prezidenti Buyar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşiki Laçın dəhlizi regionuna göndərib.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə Buyar Osmani öz Twitter səhifəsində yazıb.

“Mən şəxsi nümayəndəmdən xahiş etmişəm ki, Laçın rayonuna gəlsin və oradakı vəziyyətlə bağlı mənə məlumat versin”.

O bildirib ki, belə bir qərara ötən həftə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışıqlarından sonra gəlib.

“Laçın dəhlizi ilə nəqliyyatın pulsuz təmin edilməsi ilə bağlı çağırışımı təkrar edirəm. Paralel olaraq digər marşrutlar da açılmalıdır. Humanitar aspektlər həmişə üstünlük təşkil etməlidir. Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT bunu dəstəkləməyə hazırdır”, – o yazıb.