Polşa prezidenti Anjey Duda bəyan edib ki, Rusiya hazırda Belarusda öz taktiki nüvə silahlarını yerləşdirir.
Tribunainfo.az xəbər verir ki, “Mən Portuqaliya prezidenti Marsel Rebel de Souzaya Vladimir Putinin Belarusda Rusiyanın taktiki nüvə silahlarının yerləşdiriləcəyi ilə bağlı bəyanatlarının icrası barədə məlumat verdim.
Həqiqətən də, bu proses gedir, biz bunu görürük”, – deyə Duda Portuqaliya dövlət başçısı ilə birgə mətbuat konfransı zamanı bildirib.
Polşa prezidentinin sözlərinə görə, bu cür hərəkətlər Avropada, eləcə də NATO-nun Şərq qanadında təhlükəsizlik arxitekturasını dəyişir.