Anemiyanı göstərən 3 vacib siqnal

Anemiyanı göstərən 3 vacib siqnal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yorğunluq, halsızlıq və təngnəfəslik kimi özünü göstərən anemiyanın yalnız qadınlarda deyil, kişilərdə də müşahidə edildiyini bildirən Hematoloq Dos. Dr. Soner Solmaz “Anemiya cəmiyyət tərəfindən qadın xəstəliyi kimi qəbul edilir. Ancaq qadınlarda olduğu kimi kişilərdə də müşahidə olunur. Anemiya səbəbiylə xroniki yorğunluq və halsızlıq yaşayan kişilər stress, narahatlıq və depressiyaya daha çox meylli ola bilərlər”, – deyib.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, Hematologiya Mütəxəssisi Dos. Dr. Soner Solmaz bildirib ki, kişilərdə görülən anemiyanın müxtəlif faktorlara bağlı ola biləcəyini vurğulayıb.

Dəmir çatışmazlığı anemiyası ən çox yayılmış növlərdən biridir və adətən qeyri-adekvat qidalanma, mədə-bağırsaq traktından və ya digər mənbələrdən itki ilə əlaqədardır. Ən çox rast gəlinən səbəblər qastrit, mədə xorası və yoğun bağırsaq xəstəlikləri olduğu halda, gözdən qaçırılmaması lazım olan səbəblər arasında bədxassəli mədə-bağırsaq xəstəlikləri də mühüm yer tutur.

Anadangəlmə anemiyalar (Hemoqlobinopatiyalar) və ya qırmızı qan hüceyrələrinin istehsalına təsir edən irsi pozğunluqlar kimi genetik faktorların da kişilərdə anemiya riskini artıra biləcəyini ifadə edən Dos. Dr. Solmaz, ümumi sağlamlıq nəticələrini yaxşılaşdırmaq üçün səbəbləri anlamaq və məqsədyönlü müdaxilələrin həyata keçirilməsinin zəruri olduğunu bildirdi.