Andropovun sürücüsü: “13 il 6 ay sürücüsü oldum, bir quru “sağ ol” demədi”

Andropovun sürücüsü: “13 il 6 ay sürücüsü oldum, bir quru “sağ ol” demədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun xüsusi xidmət orqanlarında xidmətə qəbul olunması adi bir təsadüf nəticəsində baş verib. Dostu Dövlət Təhlükəsizliyi Nazirliyinə (sonralar Dövlət Təhlükəsizliyi Komitəsi) işə qəbul üçün ərizə yazmağa gedəndə Vladimir Rıjikovdan onunla getməyi xahiş edib. Dostlar yolda belə qərara gəliblər ki, elə hər ikisi işə qəbulla bağlı nazirliyin kadrlar idarəsinə müraciət etsinlər.

İki həftədən sonra onları lazımi sənədlərlə birlikdə nazirliyin qəbul şöbəsinə dəvət ediblər. Amma ikisini də xidmətə qəbul etməyiblər. Rıjikovun dostunun atası müharibədə itkin düşdüyündən onu geri qaytarıblar, özünə isə daha bir-iki həftə gözləməyin lazım gəldiyini bildiriblər. Nəhayət, vaxt yetişib, Rıjikovun müraciətinə müsbət cavab verilib, o, 1951-ci ildə xüsusi təyinatlı qaraja (QON) sürücü qəbul edilib.

030403173356b.jpg (74 KB)

İşə yeni başlayanda Rıjikov qarajın ikinci kateqoriya üzrə sürücüləri siyahısına daxil edilib. Yəni o, yüksək ranqlı dövlər məmurlarının ailələrini gəzdirib. Çox keçməmiş nümunəvi davranışı və yüksək sürücülük peşəkarlığına görə Rıjikov birinci kateqoriya siyahısına salınıb.

Rıjikov bir çox məmurlarla, Nikolay Şvernik, Kliment Voroşilov, Dmitri Ustinov kimi yüksək çinlilərlə xidmət edib. Amma onun əsl “sahib”i Yuri Andropov olub. Belə ki, Rıjikov 13 il 6 ay Andropovun şıxsi sürücüsü vəzifəsində xidmət edib.

Sözsüz ki, mayor rütbəli sürücü bu illər ərzində maraqlı və qeyri-adi hadisələlərlə də üzləşib.
Vəzifəlilər arasında Yuri Andropov xidməti personalı ilə maksimum məsafə saxlayan məmurlardan olub. O cümlədən şəxsi sürücüsü ilə də münasibətləri tam rəsmiyyət üzərində qurulub. Rıjikovun söylədiyinə görə, Andropov heç vaxt sürücünün işlərinə müdaxilə etməyib. Məsələn, Leonid Brejnev sürücüyə sürəti artırmaq göstərişi verdiyi, Dmitri Ustinov sürücüsündən sükanı aldığı, Mixail Suslov sürət həddinin 60-dan yuxarı artırımağa qoymadığı halda Andropov bu işlərə heç vaxt qarşımayıb, sürücünün işinə müdaxilə etməyib. Andporov eyni zamanda digər məmurlar kimi sürücüsünün şəxsi problemləri, qayğıları ilə də maraqlanmayıb.

834v2f55ff.jpg (175 KB)

Rıjikov öz xatirələrində bu məsələ haqqında aşağıdakıları açıqlayıb: “Andropovun iki xidməti avtomobili var idi. “ZİL-114” və “QAZ-24”. Biz üç sürücü idik. Əsas sürücü isə mən sayılırdım. Mənim maaşım digərlərindən heç nə ilə fərqlənmirdi. Ümumiyyətlə, mən Andropovun sürücüsü kimi heç nə ilə fərqlənmirdim. Heç Andropov da buna imkan vermirdi. Mən heç bir güzəştə, imtiyaza malik deyildim. Sıravi DTK zabiti üçün nə nəzərdə tutulurdusa, mənim üçün də belə idi, əməkhaqqı, forma, xidmət illərinə görə növbəti rütbənin alınması və s. Münasibətlərimiz olduqca rəsmi idi. Yalnız bağ evində məni içəri dəvət edirdilər. Andropov 5-10 dəqiqə oturub öz iş otağına keçirdi. Andropovun xidməti avtomobillərinin ayrı-ayrı 4 nömrəsi var idi. Bir nömrədən başqa digərləri tanınmırdı. Hətta bir dəfə bizi kiminsə izlədiyindən şübhələnərək başqa bir nömrə ilə yola çıxmışdıq. Yolda dövlət avtomobil müfəttişi bizi saxlamaq istəyəndə Andropov dedi ki, dayanmayım. Həmin müfəttiş düz “Lubyanka”ya qədər bizim arxazımaca gəldi, nəhayət, girişdə maşının kimə məxsus olduğunu anladı. İşlədiyim illər ərzində bir dəfə də olsun qəza törətməmişəm. Bir gün də olsa belə hər iki avtomobildə heç vaxt nasazlıq olmayıb. Mən işdən sonra maşınların saz vəziyyətə olması üçün saatlarla xüsusi təyinatlı qarajda qalırdım. “Sahib”imin kaprizlərini nəzərə alaraq işimi mükəmməl tuturdum. Buna görə bir dəfə də olsun Andropovdan quru “sağ ol” da almamışdım…”

030403173347.jpg (70 KB)

Rıjikov xidmət illərinin ən maraqlı anını Brejnevin ondan siqaret istədiyi hadisəni sayır:
“Brejnevlə Andropov eyni binada, Kutuzov prospekti 26-da yaşayırdılar. Səhərlər mən Brejnevi tez-tez görürdüm. Sadə adam idi. Bizimlə həmişə çox səmimiyyətlə görüşürdü. Bir dəfə binanın giriş qapısından çölə çıxmamış məni yanına çağırdı və siqaret istədi. Həmin vaxtlar həkimlər Brejnevə siqareti qəti qadağan etmişdilər. Həyat yoldaşı Brejnevin sürücülərinə və mühafizəçilərinə də ciblərində siqaret gəzdirməyi qadağan etmişdi. Mən baş katibin xahişini yerinə yetirdim, ona siqaret verdim. Brejnev giriş qapısından çölə çıxdı, yuxarı evlərinin pəncərəsinə boylandaı, sonra maşına minərək siqareti yandırdı. Eyni hadisə ilə Brejnevin bağ evində də üzləşmişdim. Baş katibin səhhəti ağır olanda yalnız Andropov istədiyi vaxt onu ziyarət edə bilərdi. Həmin vaxt biz onun bağ evinə getdik. Həyat yoldaşı məni içəri dəvət etdi. Zalda əyləşmişdim. Qonşu otaqda isə Brejnevlə Andropov söhbət edirdilər. Qapı açıq idi, yəni söhbət məxfi deyildi. Məhz həmin söhbət zamanı Brejnev Andropova dedi ki, sürücündən mənə bir dənə siqaret al. Sözsüz ki, Andropov buna qəti etiraz etdi…”

1yAAAgE35OA-960.jpg (216 KB)

13 il 6 ay Andropova xidmət etdikdən sonra Rıjikov yaş həddi ilə bağlı mayor rütbəsində təqaüdə göndərilib. Rıjikov üçün ən ağrılı məqam isə odur ki, xidmətdən yola salınanda Andropov onu yanına çağırıb quru bir təşəkkürünü də bildirməyib.

Xidmətdən getdikdən sonra Rıjikov düz iki il sükan arxasına keçməyib. Bu da təsadüfi deyil. İşlədiyi illər ərzində qəpik-qəpik yığdığı pula o, heç bir maşın ala bilməyib. İki il ərzində təqaüdünün də bir hissəsini qırağa qoyaraq, nəhayət, “Moskviç”in pulunu düzəldə bilib. Həmin “Moskviç”in sükanı arxasına keçəndə isə dostlarına qürurla deyib:

– Bu maşının sürücüsü də mənəm, “sahib”i də…

İlham Cəmiloğlu