“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid təmsilçisindən ayrılmayacağı, gələn mövsüm də klubda qalacağı barədə yayılan məlumatlara münasibət bildirib.
Tribunainfo.az xəbər verir ki, o, bu məlumatları təsdiqləyib: “Bəli, artıq burada qalacağım dəqiqləşdi. Mənə zəmanət verildi. Dünən Florentino Pereslə görüşdüm və o, mənə güvəndiyini bildirdi. Peres mənim işimi dəstəkləyir. Bu layihəni birlikdə davam etdirəcəyik”.
Qeyd edək ki, Karlo Ançelottinin “Real” ilə 2024-cü ilin yayına qədərdir.