Ançelotti məhkəməyə çağırıldı

Ançelotti məhkəməyə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti vergidən yayınma iddiası ilə məhkəməyə çağırılıb.

İtaliyalı mütəxəssis ittiham irəli sürən tərəflə danışıqlar aparmağı planlaşdırmır.

Prokurorluq 65 yaşlı baş məşqçi üçün 4 il 9 ay həbs tələb edir.

Mənbə bildirir ki, Ançelotti 2014-2015-ci illərdə yalnız klubdakı maaşından vergi ödəyib, əlavə gəlir mənbələrinin ödənişlərindən isə boyun qaçırıb. Borcun ümumi məbləği 1 milyon 62 min avro təşkil edir.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır.