Ancelina Colinin oğlu xəstəxanalıq oldubackend

Ancelina Colinin oğlu xəstəxanalıq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bred Pitt və Ancelina Colinin 20 yaşlı oğlu Paks Coli-Pitt Los-Ancelesdə motosiklet qəzası keçirərək xəstəxanaya yerləşdirilib.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, Pax elektrikli velosiped sürərkən avtomobilin arxasına çırpılıb.

Qəza zamanı dəbilqə taxmayan və baş ağrısından şikayət edən Pax təcili yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Xəstəxanaya çatdırılan zaman onun vəziyyəti stabil idi, lakin aldığı xəsarətlərin tam dərəcəsi hələlik bəlli deyil. Həkimlər Paksın yüngül beyin qanaması keçirə biləcəyindən narahatdırlar.