Dünya şöhrətli ABŞ-lı aktrisa Ancelina Coli BMT-nin mükafatına layiq görülüb. Dünya şöhrətli ABŞ-lı aktrisa Ancelina Coli BMT-nin mükafatına layiq görülüb.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Nyu Yorkda “Cipriani Wall Street”də təşkil edən mərasimdə aktrisa humanitar fəaliyyətlərinə görə 2-ci dəfə BMT Jurnalistlər Dərnəyi tərəfindən “Dünya vətəndaşı” mükafatına layiq görülüb.
BMT-nin xoşməramlı səfiri olan Ancelina Coli mükafatı almaq üçün tədbirə övladları ilə gəlib.