Ancelina Coli Bred Pittdən ayrılmasının ƏSL SƏBƏBİNİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir il əvvəl Bred Pittdən boşanan Ancelina Coli şəxsi həyatı haqqında “New York Times” saytına yeni evində səmimi müsahibə verib
 Bir il əvvəl Bred Pittdən boşanan Ancelina Coli şəxsi həyatı haqqında “New York Times” saytına yeni evində səmimi müsahibə verib.Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı məşhur aktrisa Bred Pittdən boçanmasının səbəbini açıqlayıb.Müsahibədə qeyd edilib ki, Ancelina Coli zahirən yorğun görünsə də, uşaqlar onu ruhdan düşməyə qoymur:”Onlar mənə çox kömək edir. Həqiqətən biz bir komanda kimiyik. Onlar həyatımdakı ən yaxşı dostlarımdır. Məni heç kim onlar qədər dəstəkləməyib”.Aktrisa bildirib ki, onlar 9 ay Bred Pittlə eyni evdə yaşayıb. Bu müddət ərzində o, yeni ev almaq haqqında düşünüb. Ancelina də etiraf etdi ki, köçmək həm onun, həm də uşaqlar üçün çox ağır olub:”Başqa ev almaq və ora köçməyə qərar vermək üçün mənə bir neçə ay vaxt lazım idi. Başqa sığınacaq həmişə olmalıdır. Bu ümumiyyətlə asan deyil. Bu, çox çətindir və ağrılı vəziyyətdir, mən isə sadəcə istəyirdim ki, ailədə sağlam mühit olsun”.Ulduzun sözlərinə görə, indi uşaqlar daha yaxşıdır. Coli onun rejissorluğu ilə çəkilən “Əvvəlcə onlar mənim atamı öldürüb: Kambocalı qızının xatirələri” filmi və gərgin iş qrafikinin həyat yoldaşı Bred Pittlə münasibətlərinin pisləşməsinə səbəb olduğunu bildirib. Aktrisanın bu açıqlaması gözlənilməz olub. Coli müsahibəni bu sözlərlə bitirib:”Mən heç vaxt arzulamamışam ki, hamının başa düşdüyü və hamının xoşuna gələn bir insan olum. Bu da normaldır, amma uşaqlar da mənim kim olduğumu yaxşı bilir”.