Yaponiyada 60 yaşlı kişinin ölmüş anasının cəsədini 5 il evində gizlətdiyi məlum olub. Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, ehtimal olunur ki, həbs edilən şəxs anasının pensiyasını bankdan çıxarmağa davam etmək üçün bunu edib.
Yaponiyanın Osaka şəhərində insanı heyrətə gətirən hadisə baş verib. İkuno rayonunda yaşayan 60 yaşlı Katsunori Onada adlı kişinin 5 ilə yaxın mərhum anasının cəsədini evdə gizlətdiyi məlum olub.
Polis qaynaqlarından əldə edilən məlumata görə; Şənbə günü evinin qarşısında yaranan mübahisə ilə bağlı polisə məlumat verərkən hadisəni etiraf edən Onada anası Tomiko Onadanın 2019-cu ilin sentyabrında dünyasını dəyişdiyini bildirib.
“Cəsədi ikinci mərtəbədəki yataq otağına qoydum, çünki bunun çox problem yaradacağını düşündüm” deyən Onada və onun cinayətini etiraf etdikdən sonra həbs olunduğu açıqlandı.