Anası tərəfindən zəncirdə saxlanılan gəncin SON VƏZİYYƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xoşqədəm Baxşəliyeva anası tərəfindən zəncirdə saxlanılan İbadətə baş çəkib.
 Xoşqədəm Baxşəliyeva anası tərəfindən zəncirdə saxlanılan İbadətə baş çəkib. AZXEBER.COM-un məlumatına görə, “Səni axtarıram” verilişin aparıcısı psixoloq, rayonun baş həkimi və İcra Hakimiyyətinin nümayənsdəsi ilə birlikdə İbadətin evinə yollanıb. Bu dəfə məqsəd xəstə gəncin xəstəxanaya aparılması və müalicəsinə yardım etməkdir. Ancaq gənc oğlanın anası oğlunun xəstəxanaya aparılmasına razılıq verməyib. “Mən uşağımı heç kimə vermirəm. O uşağı zəhmət çəkib saxlamışam. Övladımı heç kimə vermirəm. Nə vaxt öləcək, öləcək. Anayam. İstəyirəm ki, övladım gözümün qabağında olsun. Neçə dəfə evdən çıxıb gedib. Dəfələrlə itib, axtarıb tapmışıq”. Uzun danışıqlardan sonra ana, oğlunun xəstəxanada müalicə olunmasına razılıq verib.