Anası tərəfindən təhqir olunan qadın 19 kilo arıqladı

Anası tərəfindən təhqir olunan qadın 19 kilo arıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyada yaşayan Cemma Holl artıq çəkisindən xilas olub və buna görə “düz sözlü” anasına təşəkkür edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə The Sun yazır.

Cemmanın sözlərinə görə, o, problemini yalnız anasının sözlərindən sonra dərk edib. Bir dəfə o, anasına bikini ilə çəkilmiş şəkillərini göstərib və anası ona belə deyib: “Sən onda sahilə vurulmuş balinaya oxşayırsan!” Cemma əvvəlcə bu sözlərə görə incisa da, sonradan öz görünüşünə daha ayıq şəkildə baxıb. Məhz bu ona arıqlamaq üçün motivasiya verib.

Qadın bildirib ki, onun əsas problemi zərərli qidalara düşkünlük olub. İlk olaraq o, rasionunu dəyişib: daha çox təzə tərəvəz və meyvə yeməyə başlayıb, yağsız ətə keçib və “fast-food”dan imtina edib. Bundan əlavə, o, piyada gəzməyə və velosiped sürməyə başlayıb. Bu həyat tərzini bir il yarım davam etdirən Cemma 19 kilo arıqlayıb.

Cemma hətta arıqlamaqdan bir qədər qazanc da əldə edib — köhnə paltarlarını 600 funt-sterlinqə (təxminən 64 min rubl) satıb. O, indi anasının ona xoşagəlməz həqiqəti deməyə cəsarəti çatdığı üçün yalnız minnətdardır: “Onun səmimiyyəti məni arıqlamağa, daha sağlam və daha xoşbəxt olmağa sövq etdi”, — deyə britaniyalı vurğulayıb.

Bundan əvvəl isə Avstraliyada yaşayan bir qadının CSIRO tərəfindən hazırlanmış pəhriz proqramı sayəsində artıq çəkidən xilas olduğu bildirilmişdi. O, bir fotoda özünü “çox kök, yaşlı və bədbəxt” gördükdən sonra arıqlamağa qərar verib.

İmran Kərimli