“Akademik ailələrdə böyüdülmüş uşaqların göstəriciləri ali təhsili olmayan ailələrdə böyüdülən uşaqların göstəricilərindən daha yüksəkdir”.
Tribunainfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev BDU-da “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu səbəbdən ali təhsilli ailələrin olması çox vacibdir: “Orta statistik göstəricilərə əsasən, anası ali təhsilli olmuş mühəndislik, riyaziyyat sahələrini seçmiş qızların sayı anası ali təhsilli olmayan qızların sayından çoxdur”.