Anar Məmmədovun rəqibi etiraz etdi: Bu ədalətsizlik… VİDEObackend

Anar Məmmədovun rəqibi etiraz etdi: Bu ədalətsizlik… VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən namizədliyini irəli sürən ictimai fəal Şəhriyar Məcidzadə Tərtər rayonunda üzləşdiyi vəziyyətdən gileylənib.

Tribunainfo.az xəbər verir ki, namizəd Tərtər rayonunda ona qarşı açıq-aşkar ədalətsizlik edildiyini bildirib.

“Azərbaycan dövləti multikultural dövlətdir. Azərbaycan kimi multikultural dövlətdə bütün dini icmalar, bütün etnik qruplar, bütün fərqli düşüncəyə sahib insanlar hər zaman ədalətlə yaşayıblar. Ancaq Tərtər rayonunda mənim üzləşdiyim bu repressiya, ədalətsizlik, bu şəkillərin ölçüləri mənə olan açıq münasibəti bir daha göstərmiş oldu. Razı qalmış oldunuzmu məndən, hörmətli Tovuz rayonunun “kramerləri”?”.

Qeyd edək ki, Ş.Məcidzadə bundan öncə də hazırlatdığı seçki plakatlarının ölçüsünün digər namizədlərin plakatından kiçik olduğunu bildirmişdi. Onun sözlərinə görə, digər iki namizədin – Anar Məmmədov və Qələndər Muxtarlının plakatının ölçüsü daha böyükdür. Ona isə MSK-dan ancaq daha kiçik ölçülü plakat hazırlamağa icazə verilib.

Roman