Anar Məmmədov görüşünə 30 nəfər yığa bilmir – Rəqibibackend

Anar Məmmədov görüşünə 30 nəfər yığa bilmir – Rəqibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu qədər inzibati resursların olmasına, geniş imkanlara malik bir partiyanın namizədi olmasına baxmayaraq, qarşı tərəf, digər namizəd Anar Məmmədov görüşünə 10, 20, 30 adam çıxara bilmir. Onlar da Tərtər, Ağdərə, Goranboy seçiciləri deyil.

Tribunainfo.az xəbər verir ki, bu sözləri 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən deputatlığa namizəd Şəhriyar Məcidzadə sosial şəbəkədə açdığı canlı yayım zamanı deyib. O bildirib ki, seçicilər arasında onunla görüşlərə gedən yoxdur:

“Müqayisə üçün bizim görüşlərə də diqqət edin, seçici sayına baxın. Bu əhalinin mövqeyidir. Bu o deməkdir ki, biz digər namizədi istəmirik. Seçicilərin o görüşlərə getməməsi, ancaq bizimlə görüşə gəlməsi hər şeyi sübut edir.

Bu camaatın işini bilən, kəndləri tanıyan, problemini bilən, əhalini yaxından tanıyan, onun xarakterinə bələd olan deputata ehtiyacı var”.

Gülşən