Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün saxlanılan hüquq müdafiəçisi Anar Məmmədli cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nın məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
A.Məmmədlinin hüquqlarını vəkil Cavad Cavadov müdafiə edir.
Vəkil bildirib ki, hazırda eyni işlə bağlı polis idarəsinə gedir. Bu günlərdə A.Məmmədlinin məhkəməyə çıxarılacağı gözlənilir.