Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? – Siyahı

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 867,63 ton ananas, 609,34 ton avokado və 940,2 ton qreypfrut idxal olunub.
Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan ananasın 1 kiloqramının orta gömrük dəyəri 1 dollar (1,7 manat), avokadonun 2,8 dollar (4,8 manat), qreypfrutun 1 kiloqramının orta gömrük dəyəri isə 0,97 dollar (1,6 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycana ananas əsasən Kosta-Rikadan (98%-i), avokado Peru (48,5%-i), Türkiyə (30,6%-i) və Cənubi Afrika Respublikasından (12%-i), qreypfrut isə əsasən Türkiyə (61,2%-i) və Cənubi Afrika Respublikasından (37,2%-i) idxal edilib.
Onu da qeyd edək ki, bu gün (2 dekabr 2024) “Bravo”, “Araz”, “Rahat”, “Bazarstore” və “Neptun” supermarketlərində ananas, avokado və qreypfrutun satış qiyməti aşağıdakı kimi olub: