Minatəmizləmə Agentliyi (ANAMA) daha bir tenderi başa vuraraq, nəticələri açıqlayıb. Tribunainfo.az xəbər verir ki, sözügedən qurum mina axtarışlarında istifadə olunan itlər üçün yem alacaq.
Belə ki, Agentlik bununla bağlı “Minaaxtaran itlər üçün quru yemlərin satın alınması” kateqoriyası üzrə “UNİVERSAL-RA” MMM-lə satınalma müqaviləsi bağlayıb. Müqaviləyə əsasən Agentlik MMC-yə 181.017,9 manatlıq it yemi sifariş edib.
Tenderin şərtlərində qeyd edilir ki, ANAMA yetkin itlər üçün 30 ton quru yem alacaq. Küçüklər üçün isə şərtlərə uyğun olaraq 1.5 ton it yemi alınması nəzərdə tutulub.
Əcəba, ANAMA-nın balansında nə qədər it var ki, 31.5 ton yem alır? Olmaya, Agentlik it yox, əjdaha saxlayır? Çünki bu qədər it yemi həddindən artıq böyük rəqmdir. Bu qədər yemlə yüzlərlə iti ilboyu yemləmək mümkündür.