ANALİTİK TRİBUNAİNFO-YA DƏHŞƏTLİ MÜHARİBƏNİN PROQNOZUNU VERDİ

ANALİTİK TRİBUNAİNFO-YA DƏHŞƏTLİ MÜHARİBƏNİN PROQNOZUNU VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-ın bu qədər irəliləməsi yeni bir dəhşətli və uzunmüddətli müharibə olacağı fikrini yaratdı. Region həmişə münaqişə zonası olub və demək olar ki, burada həmişə qan axıb. Bütün toqquşmalar həmişə İsrailin xeyrinə yekunlaşıb. Bu dəfə də dəyişən bir şey olacağını düşünmürəm.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, bölgədə bir müddət qan axacaq:

“Ancaq bu münaqişənin uzunmüddətli müharibəyə çevriləcəyini hesab etmirəm. Bölgədə problem həmişə olub və olacaq da. Ancaq bunun zamanla ağır müharibəyə çevriləcəyini fikirləşmirəm.
Mən hesab edirəm ki, İsrailin bu hücumdan xəbəri olub. Lakin o özü buna şərait yaradıb ki, HƏMAS-ın “belini qırsın”. Bu da bir hərbi taktikadır.
İsrail burada 3 şeyə nail olmaq istəyir:
-HƏMAS-ı İsrail ərazilərinə çəkməklə məhv edib, Qəzzanı ilhaq etmək
-Fələstin və Livandakı İrana məxsus radikal qruplaşmalarının əsas dayaqlarına ağır zərbə vurmaq
-İrana ehtimal müdaxiləni leqallaşdırmaq.
Bölgədə ara sakitləşəndən sonra İsrailin İranın obyektlərinə hücumlarının şahidi olacağıq”.