Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrandakı molla rejimi 90-cı dəqiqəsini oynayır. Ölkə kövrək vəziyyətdədir”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər Qüds Təhlükəsizlik və Xarici Əlaqələr Mərkəzinin yaydığı hesabatdandır.

Mərkəz qeyd edir ki, İranın dini lideri  Əli Xameneyi tənəzzül astanasındadır və varislik üçün təklif olunan variantlardan heç biri Vilayətül-Fəqih prinsipini qoruyub saxlamaq iqtidarında deyil.

Bundan başqa, qeyd edilir ki, İrandakı faktiki rejim süqut dövrünə qədəm qoyub və onun yerində hansı quruluşun olacağı məsələsi açıq qalıb. Bu səbəbdən də Mərkəz hesab edir ki, Qərb bu məsələni diqqətdə saxlamalı və uyğun vaxtda addım atmalıdır.

Fərda Uğur