Analitik Ekspertiza Mərkəzinin 430 minlik tenderi ləğv edildi

Analitik Ekspertiza Mərkəzinin 430 minlik tenderi ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin reaktivlərin, laboratoriya avadanlıqlarına ehtiyat hissələrinin, digər laborator ləvazimatların və istismar materiallarının alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin ümumi dəyəri 432 899 manatdır.